Qubada karantin qaydalarını pozan restoranlar aşkarlandı
    • 13-01-2022, 11:52
    • 350

Qubada karantin qaydalarını pozan restoranlar aşkarlandı

Quba rayonunda karantin rejim qaydalarını pozan restoranlar aşkarlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan News24.az-a verilən məlumata görə Quba rayonunda xüsusi karantin rejim qaydalarına əməl etməyən restoranlar aşkarlanıb.

Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı, obyektlərin məsul şəxsləri olan Nasidə Şahnamazova, Arif Babayev, Fərid Əhmədov, Ülvi Osmanlı və Şahin Talıbov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq olunub.