DİN-dən Bəhram Bağırzadənin yumoristik paylaşımına MÜNASİBƏT - VİDEO
    • 13-01-2022, 13:11
    • 608

DİN-dən Bəhram Bağırzadənin yumoristik paylaşımına MÜNASİBƏT - VİDEO

Əməkdar artist Bəhram Bağırzadə sosial şəbəkə hesabında Daxili İşlər Nazirliyinin mütəmadi olaraq yayımlanan vətəndaşların üzr videoları ilə bağlı ironik paylaşım edib. 

Məsələ ilə bağlı News24.az-a açıqlama verən DİN-in Mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi polis mayoru Elşad Hacıyev məsələyə belə münasibət bildirib:

“Əməkdar artist Bəhram Bağırzadə teatral sənət adamıdır, sənətkardır. Hansısa mövzuya onun yanaşması sənətlə əlaqəlidir. Mövzunun mahiyyətində olan sarkazm üzrxahlıq edən adamın vəziyyətini əks etdirir. Anlaşılandır, neqativ hallara meylli şəxslərin profilaktikasında çəkindirici xarakter daşıyır”.