-
- 14-01-2022, 12:11
- 687
"Belə bir hadisənin baş verməsi nəinki İsmayıllı, bütün Azərbaycanımız üçün xoş olmayan olaydır" - İcra başçısı DANIŞDI
“Bu məsələ bizə iki gün bundan öncə bəlli oldu. Məlumatı alan kimi öz tərəfimizdən daxili araşdırma apardıq və Təhsil Nazirliyinə bütün məlumatları verdik".
Bu sözləri News24.az-a açıqlamasında İsmayıllı rayon icra başçısı Nahid Bağırov İsmayıllı şəhəri 1 saylı körpələr evi-uşaq bağçasının tərbiyəçisi Zülfiyyə Baxışovanın azyaşlı uşağa şiddət göstərməsi faktına münasibət bildirərkən deyib.
O bildirib ki, İsmayıllıda belə hadisə ilk dəfədir baş verir: “Bildiyiniz kimi hazırda bağçalar Təhsil Nazirliyinin öhdəliyinə verilib. Amma zamanında bizim tabeçiliyimizdə olanda mütəmadi olaraq bağçalarda monitorinqlər keçirirdik. Hamımızın balası var. Kimin xoşuna gələr belə hadisə? Heç yaxşı hal deyil. Camaat övladını bağçada tərbiyə almağa göndərir, şiddət görməyə deyil. Belə halla rastlaşmağı heç kim istəməz. Belə bir hadisənin baş verməsi nəinki İsmayıllı, bütün Azərbaycanımız üçün xoş olmayan olaydır”.