-
- 14-01-2022, 11:57
- 559
“Gün ərzində yağıntılar davam edəcək”
“Yarım sutka ərzində düşən yağıntının miqdarı yarım aylıq normaya bərabər olub. Qar örtüyünün hündürlüyü 22 sm təşkil edib”.
Bu sözləri News24.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.
“Bu gün gün ərzində yağıntılar davam edəcək. Daha yüksək qar örtüyünü müşahidə edəcəyik. Proses qısa müddətlidir. Artıq axşam saatlarından başlayaraq ölkə ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında yağıntının kəsilməsi proqnozlaşdırılır”, - deyə o əlavə edib.
U.Tağıyeva bildirib ki, şimal küləyinin sürəti rayonlarda 28, Bakıda 27 metrə qədər artıb: “Axşama doğru güclü şimal-qərb küləyi arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacaq. Yanvarın 15-də günün ikinci yarısında şimal-qərb küləyi yenidən güclənəcək. Yaxın günlərin hava şəraitini səciyyələndirsək, tez-tez güclü şimal küləyinin güclü cənub küləyi ilə əvəz olunacağı, atmosfer təzyiqinin də kəskin tərəddüdü gözlənilir. Belə hava şəraiti də meteohəssas insanlar üçün nisbətən əlverişsizdir".