Ondan avtoqraf istəyən xanımı döydü - VİDEO
    • 14-01-2022, 18:02
    • 921

Ondan avtoqraf istəyən xanımı döydü - VİDEO

Dünyaca məşhur amerikalı reper Kanye Uest pərəstişkarına xəsarət yetirməkdə şübhəli bilinir.

News24.az Olay-a istinadən xəbər verir ki,  azarkeşin döyülməsi hadisəsi barədə TMZ portalı  məlumat yayıb. Bildirilir ki, münaqişə Los-Ancelesin mərkəzindəki Soho West klubu yaxınlığında baş verib.

Qeyd olunur ki, pərəstişkar sənətçidən avtoqraf almaq istəyib və K.Uestdən icazə almadan şəkil çəkdirib.

Bundan narahat olan musiqiçi daha sonra fanatının başına və boynuna vurub.  Nəticədə qadın yıxılıb və başını yerə çırpıb.

Polisin döyülmə faktı ilə bağlı araşdırmalara başladığı bildirilir.