Dünyaca məşhur reperə SUİ-QƏSD
    • 11-09-2020, 09:55
    • 452

Dünyaca məşhur reperə SUİ-QƏSD

Dünyaca məşhur reper Eminemin evinə girən şəxs onu öldürmək istəyib. 

News24.az xəbər verir ki, bu barədə "Detroit Free Press" xəbər yayıb. Hadisə aprel ayında baş verib. Lakin sui-qəsdin təfərrüatları yalnız  polis məmuru məhkəmə iclasında rapçinin ifadələrini təkrarladıqda məlum olub.

Bildirilir ki, reper ifadəsində yuxudan oyandığı zaman evində tanımadığı şəxsin olduğunu görüb. Ondan evində nə etdiyini soruşduqda isə həmin şəxs onu öldürəcəyini deyib. 

Repçinin evə girən şəxsi oradan necə uzaqlaşdırdığı bəlli deyil. 

Daha sonra repçinin evinə girərək onu öldürmək istəyən şəxsin səfil həyat tərzi keçirən Metyu Huz olduğu bildirilib. O, evə pəncərəni kərpiclə qıraraq girib.  Hazırda polis nəzarəti altında olan M.Huzu 25 ilə qədər həbs cəzası gözləyir.