-
- 14-01-2022, 18:55
- 567
“Anamı vurub, balta başında qalmışdı” - Video
Xəbər verdiyimiz kimi, yanvarın 13-ü saat 19 radələrində Xaçmaz rayonu Əzizli kənd sakini 1956-cı il təvəllüdlü Səmən Sultanovaya yaşadığı evdə oğlu 1979-cu il təvəllüdlü Ramiz Sultanov tərəfindən xəsarətlər yetirilib və aldığı xəsarətlərdən xəstəxanada ölüb.
News24.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə mərhumun digər oğlu Nəriman Sultanov danışıb.
Bildirib ki, qardaşı psixi xəstədir. O qeyd edib ki, Ramiz bundan əvvəl də anasına bir neçə dəfə hücum edib.
“Mən evdə yox idim, mənə zəng edib dedilər ki, qardaşın qardaşını vurub. Demədilər ki, anamızı vurub. Gəldim gördüm ki, balta anamın başındadır. Balta ilə vurub, balta da anamın başında qalmışdı. İstədim baltanı anamın başından çıxarım, çıxara bilmədim. Təcili yardım gəldi, onlar baltanı çıxardılar, apardıq xəstəxanaya.
Xəstəxanada vəfat etdi. Qardaşım Ramiz psixi xəstədir, onu xəstəxanaya aparmışdılar, 2-3 il saxlayıb sonra yenə buraxdılar. Bundan əvvəl də bir dəfə anamı vurmuşdu, xəsarət yetirmişdi”, - o bildirib.
Qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda Ramiz Sultanovun yerinin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi, həmçinin, cinayətin təfərrüatının müəyyən edilməsi istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.