58 cinayətin üstü “isti izlər”lə açıldı
    • 15-01-2022, 10:32
    • 475

58 cinayətin üstü “isti izlər”lə açıldı

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 58 cinayətin üstü “isti izlər”lə açılıb. 

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 15 cinayətin açılması təmin olunub. 
 
Axtarışda olduğuna görə ümumilikdə 48 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 40 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölüb. 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 34, qanunsuz saxlanılan silah-sursatla bağlı 14 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb.