İranda avtobus aşdı - Çox sayda yaralı var
    • 15-01-2022, 11:06
    • 491

İranda avtobus aşdı - Çox sayda yaralı var

İranda avtobus qəzaya uğrayıb.

News24.az xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.  Bildirilib ki, İsfahan şəhərində baş verən qəzada 18 nəfər yaralanıb. 

Qəzaya səbəb yük avtomobilinin avtobusa arxadan çırpılması olub. 

Yaralılar xəstəxanaya yerləşdiriliblər.