Bu şəxslərin MAAŞI ARTIRILDI
    • 17-01-2022, 11:34
    • 555

Bu şəxslərin MAAŞI ARTIRILDI

Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının məbləğinə əlavələr edilib.

News24.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının məbləği bu qərarın əlavəsinə uyğun olaraq müəyyən edilib.

Bu qərar 2022-ci il yanvarın 1-dən tətbiq edilir.

Qərarın əlavəsinə uyğun olaraq, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin əməyinin ödənilməsinin vahid tarif cədvəli aşağıdakı kimidir:

Əməyin ödənilməsi dərəcələriAylıq tarif (vəzifə) maaşı (manatla)
1300
2312
3325
4338
5353
6367
7383
8398
9415
10432
11450
12468
13487
14508
15528
16549
17604
18725
19979