Metroda şok hadisə - Kişi qadını qatarın altına itələdi
    • 17-01-2022, 15:59
    • 403

Metroda şok hadisə - Kişi qadını qatarın altına itələdi

Belçikanın paytaxtı Brüsselin mərkəzindəki metro stansiyalardan birində qorxunc hadisə baş verib.

News24.az-ın məlumatına görə, “Rogieer” stansiyasında dünən axşam saatlarında kişi sərnişinlərdən biri qatar platformaya yaxınlaşarkən kənarda dayanıb gözləyən qadın sərnişini relslərin üstünə itələyib.

Zərbədən müvazinətini itirən qadın relsin üstünə yıxılıb.

Bu zaman platformaya daxil olan qatarın maşınisti son anda əyləci basıb qatarı saxlaya bilib. Xoşbəxtlikdən qatar qadının üstündən keçməyib. ətrafdakı digər sərnişinlərin köməyi ilə o, relslərin üstündən çıxarılıb.

Hadisəni törədən şəxs qaçsa da, dərhal polis tərəindən saxlanılıb. O, adam öldürməyə cəhd ittihamı ilə məhkəməyə göndərilib. Həmin şəxsin qadını hansı səbəbdən qatarın altına atması araşdırılır.