Azərbaycana gələcək əcnəbilərlə bağlı kvota müəyyənləşdirildi
    • 18-01-2022, 11:34
    • 391

Azərbaycana gələcək əcnəbilərlə bağlı kvota müəyyənləşdirildi

Bu il işləmək üçün Azərbaycana gələcək əcnəbilərlə bağlı say həddi açıqlanıb.

News24.az xəbər verir ki, Dövlət Miqrasiya Xidmətinin (DMX) sədri Vüsal Hüseynov qurumun 2021-ci il ərzində fəaliyyətinə dair keçirdiyi mətbuat konfransında kvota sayının 8 740 nəfər üçün nəzərdə tutulduğunu deyib.

O xatırladıb ki, əcnəbi işçi qüvvəsinin maksimum sayı barədə kvota komissiya tərəfindən qəbul edilir və bunu Nazirlər Kabineti təsdiq edir.