Bərdədə sakinlərdən odlu silahlar götürüldü
    • 18-01-2022, 14:11
    • 418

Bərdədə sakinlərdən odlu silahlar götürüldü

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan News24.az-a verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon sakinlərindən müvafiq sənədləri olmayan müxtəlif markalı, birinin qundağı və lüləyi kəsilmiş, ümumilikdə, 3 ədəd tüfəng aşkar edilərək götürülüb.

Faktlarla bağlı Bərdə RPŞ-də araşdırmalar aparılır.