Tərtər sakinlərindən sənədləri olmayan ov tüfəngləri götürüldü
    • 25-12-2021, 09:58
    • 471

Tərtər sakinlərindən sənədləri olmayan ov tüfəngləri götürüldü

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan News24.az-a verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı rayon sakinləri Q. Əliyev və F. Quliyevdən qanunsuz olaraq saxladıqları "İJ" markalı ov tüfəngləri aşkar edilərək götürülüb.

Faktlarla bağlı Tərtər RPŞ-də araşdırmalar aparılır.