Axtarışda olan narkotacir SAXLANILDI
    • 19-01-2022, 11:07
    • 462

Axtarışda olan narkotacir SAXLANILDI

Xəzər RPİ 1-ci Polis Şöbəsi  əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə axtarışda olan T.Kapışov saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a məlumat verilib. 

Şəxsi axtarış zamanı ondan heroin və metamfetamin aşkar edilərək götürülüb.