Azərbaycanın bəzi yolları buz bağlayıb
    • 20-01-2022, 16:06
    • 422

Azərbaycanın bəzi yolları buz bağlayıb

Azərbaycanın əsas magistrallarının bəzi hissələri buz bağlayıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) News24.az-a verilən məlumata görə, hazırda yağıntı davam edir.

Bakı - Şamaxı avtomobil yolunun 65-104 kilometrlik və yolun Qobustan rayonu ərazisindən keçən hissəsi, Giləzi - Xızı avtomobil yolunun, o cümlədən İsmayıllı-Qəbələ avtomobil yolunun bəzi hissələri buz bağlayıb. Yolların buz bağlamış hissələrində buzlaşmaya qarşı müvafiq tədbirlər görülür, qum-duz səpilir, yolda nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması istiqamətində işlər davam etdirilir.