Avtomobil yollarında vəziyyət necədir?
    • 14-01-2022, 18:17
    • 445

Avtomobil yollarında vəziyyət necədir?

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) hava şəraiti ilə əlaqədar olaraq ölkənin avtomobil yollarının saat 17:00-a olan vəziyyəti haqqında məlumat yayıb.

News24.az xəbər verir ki, qurumun yaydığı məlumata görə, “ZƏFƏR” yolunda yağıntı yoxdur, 4-5 dərəcə şaxta var.

Gün ərzində yolun qardan təmizlənməsi istiqamətində müvafiq tədbirlər görülüb və nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Toğanalı-Kəlbəcər-İstisu: yağıntı yoxdur, şaxta 5-10 dərəcə təşkil edir. Gün ərzində yolun qardan təmizlənməsi istiqamətində müvafiq tədbirlər görülüb. Şinləri zincirlənmiş nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Bakı-Quba: Siyəzən və Şabran rayonları ərazisində yağıntı yoxdur, Quba və Qusar rayonları ərazisində yağıntı yoxdur, 1-2 şaxta var. Xınalıq yolunda yağıntı yoxdur, 5-7 dərəcə şaxta var. Yollarda nəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə müvafiq tədbirlər görülüb.

Giləzi-Xızı: Xızı rayonu ərazisində yağıntı yoxdur, 1-2 dərəcə şaxta var. yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Bakı-Qobustan: yağıntı yoxdur, 2-3 dərəcə şaxta var. Hazırda yolun buz bağlamış hissələrinə qum-duz səpilir. Yolda hərəkət təmin olunub.

Qobustan-Şamaxı-Muğanlı: yağıntı yoxdur, 1-2 dərəcə şaxta var. Hazırda kənd yollarında yolun buz bağlamış hissələrinə qum-duz səpilir. Yolda hərəkət təmin olunub.

Muğanlı-Ağsu-Yevlax: yağıntı yoxdur, gün ərzində yolun buz bağlamış hissələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Muğanlı-İsmayıllı: yağıntı yoxdur, gün ərzində yolun buz bağlamış hissələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

İsmayıllı-Qəbələ-Oğuz-Şəki: Yağıntı yoxdur, Qəbələ rayonu ərazisində 1-2 dərəcə şaxta var. Gün ərzində yolun buz bağlamış hissələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Şəki-Qax-Zaqatala: yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Yevlax-Şəki (Göybulaq): yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Şəmkir-Gədəbəy: yağıntı yoxdur, gün ərzində yolun buz bağlamış hissələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Gəncə-Daşkəsən-Xoşbulaq: yağıntı yoxdur, 4-5 dərəcə şaxta var, gün ərzində yol qardan təmizlənib, qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Ələt-Astara: marşrut boyu yağıntı yoxdur, şaxta yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Masallı-Yardımlı: yağıntı yoxdur, 1-2 dərəcə şaxta var. Hazırda kənd yollarında yolun buz bağlamış hissələrinə qum-duz səpilib. Yolda hərəkət təmin olunub.

Lənkəran-Lerik: Lənkəran rayonu ərazisində yağıntı yoxdur, şaxta yoxdur. Lerik rayonu ərazisində yağıntı yoxdur. 5-6 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Ələt-Hacıqabul-Ucar-Yevlax-Gəncə-Qazax: yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Hacıqabul-Bəhramtəpə-Horadiz: yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.