Bakıda yarımtikilidə güclü yanğın - Video
    • 22-01-2022, 14:06
    • 341

Bakıda yarımtikilidə güclü yanğın - Video

Bakının Nəsimi rayonu Ceyhun Səlimov küçəsində yarımtikilidə güclü yanğın olub.

Bu barədə News24.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, yanğına elektrik naqillərində baş vermiş qısaqapanma səbəb olub.

Dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. Hazırda yanğın söndürülüb.