Şuşaya və Ağdama gedənlərin DİQQƏTİNƏ! - Avtobus səfərlərinin detalları
    • 22-01-2022, 14:36
    • 1 431

Şuşaya və Ağdama gedənlərin DİQQƏTİNƏ! - Avtobus səfərlərinin detalları

Yanvarın 24-dən Azərbaycan vətəndaşları Şuşa və Ağdama səfər edə biləcəklər.

News24.az Şuşa və Ağdamda ziyarət ediləcək məkanların siyahısını, eyni zamanda da səfərin qrafikini öyrənib. 

Bəlli olub ki, 06:30-da Bakıdan Şuşaya yola düşən avtobus saat 13:00-da təyinat məntəqəsinə çatacaq. 

Şuşadan 15:30-da çıxan ziyarətçilərin isə Bakıya çatması 22:00-a planlaşdırılır. 

Şuşada şəhəri üzrə ziyarət ediləcək məkanlar Cıdır düzü, Vaqifin muzey-məqbərə kompleksi, Bülbülün ev-müzeyi, Yuxarı Gövhərağa məscidi, Aşağı Gövhərağa məscidi, İcra Hakimiyyəti binasının qarşısı, güllələnmiş heykəllər, Xan qızı Xurşudbanu Natəvanın evi, Xan qızı bulağı və Şuşa qalasıdır. 

Bakıdan Ağdama da avtobus 06:30-da yola düşəcək. 12:30-da ziyarətçilərin təyin olunan yerə çatması planlaşdırılır. Geri dönüş isə 15:00-da olacaq. Avtobus Bakıya axşam 9-da çatacaq. 

Ağdamda ziyarət olunacaq yerlər isə bunlardır: Pənahəli Xanın İmarət Saray Kompleksi, Çörək Muzeyi, Şəhidlər Xiyabanı, Dram Teatrı, Cümə məscidi, Qiyaslı məscidi, Şahbulaq qalası. 

Qeyd edək ki, hər marşrut üzrə müvafiq Xüsusi Nümayəndəlik və Dövlət Turizm Agentliyi tərəfindən bələdçi təyin ediləcək. Ziyarətçilər sözügedən ərazilərə qrup şəklində baş çəkəcəklər.