Qubada silsilə oğurluqlar edən şəxs SAXLANILDI - FOTO
    • 24-01-2022, 12:51
    • 324

Qubada silsilə oğurluqlar edən şəxs SAXLANILDI - FOTO

Quba Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisindən baş verən oğurluq hadisələrinə qarşı silsilə əməliyyat-axtarış tədbirləri keçiriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan News24.az-a verilən məlumata görə daxil olmuş müraciətlərlə əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisələrini törətməkdə şübhəli bilinən rayon sakin Aydın Məhərrəmov saxlanılıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı həmin şəxsin rayon ərazisində müxtəlif obyektlərdən pul, televizor, akvarium hava filteri, 2 ədəd qadın qol saatları oğurladığı müəyyən edilib

Faktla bağlı Quba RPŞ-də araşdırma aparılır.