Qubada silsilə oğurluqlar edən şəxs tutuldu
    • 16-09-2021, 12:46
    • 333

Qubada silsilə oğurluqlar edən şəxs tutuldu

Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində silsilə oğurluqlar etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupundan News24.az-a verilən məlumata görə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ki, oğurluq

hadisələrini törətməkdə şübhəli bilinən Quba şəhər sakini Əmrah Əmrahov saxlanılıb. Onun rayon ərazisində müxtəlif ticarət obyektlərindən, evlərdən, mağazalardan məişət təmir avadanlıqları, müxtəlif ərzaq məhsulları, siqaret, suötürücü qurğular və elektrik naqilləri oğurladığı müəyyən edilib.

Faktla bağlı RPŞ-nin təhqiqat bölməsində araşdırma aparılır.