Fərid Qayıbov görüş keçirdi - FOTOLAR
    • 25-01-2022, 14:40
    • 325

Fərid Qayıbov görüş keçirdi - FOTOLAR

Gənclər və idman naziri Fərid Qayıbov intellektual inkişaf sahəsində fəaliyyət göstərən gənclər təşkilatlarının nümayəndələri ilə görüşüb. 

News24.az xəbər verir ki, Sumqayıt Gənclər Evində keçirilən görüşdə 8 gənclər təşkilatının, eləcə də Sumqayıtda fəaliyyət göstərən gənclər birliklərinin rəhbərləri iştirak ediblər. Fərid Qayıbov öncə Sumqayıt Gənclər Evinin fəaliyyəti ilə tanış olub və burada yaradılmış şəraitlə maraqlanıb.

Görüş zamanı ölkəmizdə gənclərin intellektual hərəkata marağı qeyd olunub, şən və hazırcavablar klublarının rəhbərləri çıxış edərək ölkə xaricində iştirak etdikləri yarışlar, qazandıqları uğurlar barədə məlumat veriblər. Kompüter oyunları sahəsində fəaliyyət göstərən təşkilatların nümayəndələri hazırda bütün dünyada bu hərəkatın böyük sürətlə inkişaf etdiyini və ölkəmizin də bu proseslərdə fəal təmsil olunduğunu bildiriblər.

Bu sahədə sistemli işin qurulması, xüsusilə də regionlarda təşəbbüslərin artırılması və dəstəklənməsi üçün layihələrin həyata keçirilməsinin vacibliyi vurğulanıb, qeyri-hökümət təşkilatları ilə yerli gənclər və idman idarələrinin daha sıx əməkdaşlığının əhəmiyyəti qeyd olunub. Gənclərin virtual məkanda fəaliyyətinin səmərəli istiqamətə yönəldilməsi üçün müvafiq tətbiqlərin hazırlanması, eləcə də düşərgələrin düşərgə-məktəb formatında təşkili məsələsi də görüşdə müzakirə edilib.