“DOST İş” Mərkəzi 900 şəxsi aqrar sahələr üzrə işlərə cəlb edib
    • 25-01-2022, 17:29
    • 309

“DOST İş” Mərkəzi 900 şəxsi aqrar sahələr üzrə işlərə cəlb edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki “DOST İş” Mərkəzi və Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Aqrar İnkişaf Mərkəzlərinin əməkdaşlığı çərçivəsində bu ilin əvvəlindən daha 900 nəfər işlə təmin edilib.

Nazirlikdən News24.az-a verilən məlumata görə, onlardan 150 nəfəri “Elektron kənd təsərrüfatı” informasiya sistemi üzrə proqramçı işində çalışır. Həmin şəxslər müxtəlif kənd təsərrüfatı sahələri üzrə subsidiyaların alınması üçün vətəndaşların müraciətlərinin qəbulu, bu müraciətlərin qeydiyyatı, sənədləşmənin aparılması prosesində kompyuterlər vasitəsilə texniki işlərin yerinə yetirilməsini təmin edirlər. Qalan 750 nəfər isə baytar köməkçisi kimi fəaliyyət göstərir.

Qeyd edək ki, 2020-ci ildə də “DOST İş” Mərkəzi tərəfindən həmin peşələr üzrə 2500 şəxs işlə təmin edilib. Beləliklə, ödənişli ictimai işlər proqramı çərçivəsində hazırda 64 rayon üzrə 3400 şəxs kənd təsərrüfatı sahələri üzrə işlərdə çalışır, həmçinin müvafiq fəaliyyət sahələri üzrə ilkin peşə bilik və bacarıqları qazanırlar.