11 min manatın oğurlanması ilə bağlı polisə verilən məlumat yalan çıxdı
    • 26-01-2022, 09:42
    • 309

11 min manatın oğurlanması ilə bağlı polisə verilən məlumat yalan çıxdı

Lənkəran sakini 11 min manatının oğurlanması ilə bağlı polisə yalan məlumat verib.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib.

Qeyd edilib ki, rayon sakini Sadiq Şərbətov polisə müraciət edərək evindən 11 min manat pulun oğurlandığını deyib.

Məlumatla əlaqədar dərhal müvafiq araşdırmalara başlanılıb.

Keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində həmin şəxsin polisə oğurluq barədə yalan məlumat verdiyi və yaşadığı evdə heç bir oğurluq faktının baş vermədiyi müəyyən edilib.

Faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.