-
- 26-01-2022, 12:22
- 655
Bakıda gecə gözəllik salonunda yatan oğlan hər şeyi etiraf etdi – ŞOK FAKTLAR
Nəsimi rayon Məhkəməsində oğurluqda təqsirləndirilən Yevlax rayon sakini, 1997-ci il təvəllüdlü Orxan Nəcəfov (şərti) barəsində Cinayət Məcəlləsinin 177.2.3-cü (oğurluq-xeyli miqdarda ziyan vurmaqla) maddəsi ilə açılmış iş üzrə məhkəmə prosesi başa çatıb.
News24.az-ın məlumatına görə, məhkəmədə dindirilən gənc oğlan törətdiyi əməli etiraf edib və oğurluq etdiyi gözəllik salonundan götürdüyü əşyaları satdığını bildirib.
O, məhkəməyə verdiyi ifadədə gecə yatmağa yerinin olmadığını, buna görə Süleyman Rəhimov küçəsindəki gözəllik salonuna qanunsuz şəkildə daxil olaraq orada yatdığını və daha sonra oğurluq əməli törətmək fikrinə düşdüyünü deyib: “Bir müddət müxtəlif yerlərdə işləsəm də sonradan işləməyimə maneçilik törədildiyinə görə günlük xərclərimi qarşılamaq üçün pulum yox idi. 21.07.2021-ci il tarixdə, saat 02 radələrində Nəsimi rayonu, S.Rəhimov küçəsi 152 ünvanında yerləşən “Jasmin” gözəllik salonunun qarşısından keçdikdə, həmin ünvana gecələmək məqsədilə daxil oldum. Orada bir müddət yatdıqdan sonra yuxudan oyandım və üzərimdə pul olmadığından həmin salondan oğurluq etmək qərarına gəldim. Salonun daxilinə göz gəzdirdim və oradan ittiham üzrə qeyd edilən 1 ədəd üzük, 1 dəst komplekt (sırğa, üzük), 5 ədəd qolbaq, 4 ədəd tac, 1 ədəd boyunbağı, 6 ədəd istifadə olunmamış qadın geyimləri, salonda olan dəmir qabın içərisindən 110 manat nağd pul, bir ədəd qara rəngli “Vitek” markalı, üzqırxan adapteri ilə birlikdə, bir ədəd tünd göy rəngli idman şalvarı, bir ədəd işıqlandırıcı, bir ədəd sarı rəngli kiçik ölçülü qazan, bir ədəd qara rəngli fincan, iki ədəd çay qaşığı, iki ədəd ağ rəngli boşqab, bir ədəd qız fiquru olan heykəl, bir ədəd kiçik ölçülü fincan, bir ədəd qab, bir ədəd ağ rəngli tiyəsi olan bıçaq, bir ədəd ağ rəngli üzərində kvadrat formasında qara daşı olan üzük və bir ədəd ağ və bir ədəd qara rəngli sapı salonun daxilində olan sellofan torbaya yığaraq, “Jasmin" gözəllik salonundan çıxdım. Daha sonra “Qış parkı”nda oturacaqların üzərində gecələdim, səhərisi günü, “Jasmin” gözəllik salonundan oğurladığım tam olaraq xatırlamadığım əşyaları tanımadığı şəxslərə sataraq pul əldə etdim, həmin pul vəsaitini şəxsi ehtiyaclarıma xərcləmişəm”.
Məhkəmə daha əvvəl də cinayət məsuliyyətinə cəlb edilmiş və məhkumluğu ödənilməmiş 24 yaşlı Orxanın 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə və cəzasını ciddi rejimli müəssiədə çəkməsinə qərar verib.