-
- 20-01-2022, 11:43
- 543
Bakıda rəfiqəsinin evində qalan qadının ŞOK ƏMƏLLƏRİ – TƏFƏRRÜAT
Bakıda rəfiqəsinin evindən xeyli miqdarda dəyəri olan qızıl-zinət əşyaları oğurlamış Suraxan rayon sakini, 1966-cı il təvəllüdlü Sultanxanım Rəhimova barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (oğurluq-xeyli miqdarda ziyan vurmaqla) maddəsi ilə açılmış iş üzrə məhkəmə prosesi başa çatıb.
News24.az-ın məlumatına görə, Suraxanı rayon Məhkəməsində hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən prosesdə S.Rəhimovanın daha əvvəl də məhkum edildiyi, lakin cəzaçəkmədən azad edildiyi məlum olub.
Daha əvvəl dələduzluq etdiyinə görə məsuliyyətə cəlb edilmiş qadın azad edildikdən sonra Suraxanı qəsəbəsində yaşayan rəfiqəsi Züleyxanın (şərti adlı) evinə 1 günlük qonaq gəlib. O, orada olarkən getməyə yerinin olmadığını deyib. Bundan sonra Züleyxa və əri Sultanxanıma onların evində qalıb yaşaya biləcəyini deyiblər. Bir müddət sonra Züleyxanın ayağı amputasiya edilib və S.Rəhimova ev sahibəsinə həm də qulluq etməyə başlayıb.
Bundan sonrakı dövrdə rəfiqəsinin yeriyə bilməməsindən istifadə edən Sultanxanım evdə servantdakı çaynikin içində olan ümumi dəyəri 6500 manat olan qızıl-zinət əşyalarını müxtəlif vaxtlarda hissə-hissə götürərək oğurlayıb. O, qızılları müxtəlif yerlərdə satıb və əldə etdiyi pula internetdə tanış olduğu Həmid adlı şəxsə və özünə xərcləyib.
Züleyxanın əri qızılların yerində olmadığını gördükdən sonra Sulanxanımdan onları tələb edib. Qızılları qadından ala bilməyəcəyini görən mənzil sahibi polisə şikayət edib.
Məhkəmədə S.Rəhimova törətdiyi əməli etiraf edib və peşman olduğunu bildirib.
Törətdiyi ilk cinayətdə yüngül cəza alan təqsirləndirilən şəxs barəsində bu dəfə daha ağır cəza təyin edilib.
Belə ki, Suraxanı rayon məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 2 il 7 ay müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə zalındaca həbs edilərək təcridxanaya göndərilib.