"ANS-i xalq yaradıb: hər an AÇILA BİLƏR, amma..." - Vahid Mustafayev - VİDEO
    • 29-01-2022, 13:18
    • 915

"ANS-i xalq yaradıb: hər an AÇILA BİLƏR, amma..." - Vahid Mustafayev - VİDEO

“İcazə və lisenziya verilsə, ANS TV günü bu gün də açıla bilər. Fəaliyyətə hər an başlaya bilərik”. 

Bunu News24.az-a açıqlamasında ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev deyib.


O, müvafiq qurumların ANS-in açılması üçün lisenziya vermədiyini deyib: “Lisenziya almaq bizim səlahiyyətimizdən kənardadır. ANS adı altında bizim əsgərlərimiz döyüşə gedib, özümüz vuruşmuşuq, bu adla bizim nəfərlərimiz şəhid olub. ANS adı ilə insanlar özlərinə ədalət və həqiqət tapıblar. 

V.Mustafayev qeyd edib ki, SSRİ dağılandan sonra ilk olaraq Azərbaycan xalqı özünün müstəqil televiziyasını yaradıb: “Bu kanalın adı ANS idi. Bunu unutmaq olmaz. ANS Azərbaycan xalqının brendidir, mənim yox”. 

Müxbir: Məhərrəm Əliyev
Foto: Teymur Məmmədov
Video: Nicat Niftəliyev