Füzulidə traktor minaya düşdü
    • 28-01-2022, 17:54
    • 365

Füzulidə traktor minaya düşdü

Füzuli rayonunda traktor minaya düşüb.

Baş Prokurorluğun mətbuat xidmətindən News24.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Füzulinin işğaldan azad edilmiş Üçbulaq kəndində əkin işləri aparılan zaman traktorun mina düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Nəticədə traktora ziyan dəyib və hər hansı bir şəxs xəsarət almayıb.

Faktla bağlı Füzuli rayon Prokurorluğunda araşdırma aparılır.