Marixuana çəkib qaydaları pozan sürücü həbs edildi - FOTO
    • 28-01-2022, 18:13
    • 438

Marixuana çəkib qaydaları pozan sürücü həbs edildi - FOTO

Ağdam Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı rayon sakini Cahid İsmayılovun idarə etdiyi “Mersedes” markalı avtomobil qayda pozuntusuna yol verdiyinə görə saxlanılıb.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib, nəqliyyat vasitəsinin sürücüsünün hərəkətləri şübhə doğurduğundan tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən onun narkotik vasitə olan marixuana qəbul etdiyi məlum olub.

C.İsmayılov barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə o, 10 gün müddətinə inzibati qaydada həbs edilib.