Bakıda dəhşət! Sevgilisini qızının gözü önündə bıçaqladı
    • 29-01-2022, 13:39
    • 560

Bakıda dəhşət! Sevgilisini qızının gözü önündə bıçaqladı

Bakı Ağır Cinayətlər Məhkəməsində ötən ilin 17 iyul tarixində Binəqədi rayonu ərazisində yerləşən XXXXX şadlıq sarayında sevgilisini bıçaqlamış Tərtər rayon sakini, 1987-ci il təvəllüdlü Səbuhi Qafarov barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

News24.az-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sərliyi ilə keçirilən və Cinayət Məcəlləsinin 126.2.3, 126.2.4 (qəsdən sağlamlığa ağır zərər vurma, xüsusi amansızlıqla, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə) və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə açılmış işin araşdırılması zamanı maraqlı faktlar üzə çıxıb.

Bəlli olub ki, ailəli olan Səbuhi 2019-cu ildə təsadüfən telefon vasitəsilə özündən yaşca böyük olan Gülbənizlə (şərti adlı) tanış olub. Onlar 1 ildən artıq müddətdə sevgili kimi yaxşı münasibətdə olublar, tez-tez görüşərək Bakı şəhərindəki müxtəlif ünvanlarda cinsi əlaqəyə giriblər. Ailəli olan, oğlu hərbi xidmətdə, əri isə Rusiyada işləyən qadın bir müddət sonra sevgilisi ilə münasibəti kəsməyə çalışıb. Buna səbəb Səbuhinin qısqanclığı, onn yaşadığı evə gələrək münasibətləri barədə ailə üzvlərinə deməsi və sair olub. Lakin Səbuhi qadındna əl çəkməyib, nəticədə qanlı cinayət baş verib.

Məhkəmədə ifadə verən Səbuhi Qafarov hadisəni belə təsvir edib: “Gülbəniz ilə 2 ilə yaxındır ki, tanış olmuşuq, bir dəfə səhvən mobil telefonla onu yığmışdım və bundan sonra tanış olduq. Üzərindən bir həftə keçdikdən sonra ona votsapda yazaraq kim olduğunu soruşmuşdum, bundan sonra votsapda yazışmağa başladıq, təxminən 10 gün yazışdıq, sonra da 28 Mayda kirayə götürdüyü bina evində görüşdük. İlk görüşümüz mənim ad günüm ərəfəsində, 17 noyabr 2019-cu il tarixdə oldu, həmin evdə görüşüb yaxından tanış olaraq cinsi əlaqədə olduq. Gülbəniz subay olduğunu, ərindən boşandığını demişdi. 2020-ci ilin mart-aprel aylarına qədər görüşmüşük. Respublikada olan pandemiya şəraiti ilə bağlı Gülbəniz həmişə yanıma 3 saatlıq icazə sistemindən istifadə edib gəlirdi. Onunla bir-iki günlük icarəyə götürdüyüm evdə və mənim kirayədə yaşadığım Neftçilər metrostansiyasının yanındakı evdə, eləcə də Zabrat qəsəbəsində kirayə yaşadığım evdə görüşmüşəm. Bir gün Gülbəniz yanıma gələndə vacib bir söz deyəcəyini bildirdi və mənə evli olmasını dedi. Bunu eşidəndə çox təəccübləndim və nəyə görə bunu neçə vaxtdır gizlətməsinin səbəbini soruşdum. Gülbəniz dedi ki, məni itirməmək üçün ailəli olmasını gizlədib. Onun ailəli olmasını biləndən sonra da tez-tez görüşürdük. Onu işlədiyi “XXXXX” restoranından axşam işdən çıxanda qarşılayıb evlərinə aparırdım. Bəzən evlərində heç kim olmayanda Gülbənizin yaşadığı evə gedib orada qalırdım. Həmin vaxt onun əri Rusiya Federasiyasına getmişdi. Təxminən 7-8 ay əvvəl Gülbənizlə birlikdə olarkən onun mobil telefonuna bir nəfər kişidən zəng gəldi, Gülbəniz özünü qəribə apardı, ondan zəng edən şəxsin kim olmasını soruşanda həmin şəxsin səhv düşdüyünü dedi. Lakin buna inanmadım və həmin şəxsə zəng vurdum. Ondan bir neçə saat əvvəl zəng etdiyi qadını tanıyıb tanımadığını soruşdum, həmin şəxs cavabında Gülbənizi tanıdığını və onunla münasibətinin olmasını dedi. Həmin şəxs əlavə etdi ki, Gülbəniz ona zəng edib deyib ki, guya mən Gülbənizin dayısı oğluyam. Onda tam əmin oldum ki, Gülbəniz məni aldadır , xayanət edir. Bundan sonra aramızda soyuqluq yarandı. Bu hadisədən sonra öz adıma nömrə alaraq Gülbənizə verdim”.

Məhkəmə materiallarından məlum olur ki, Səbuhinin Gülbənizlə münasibətləri 2021-ci ilin əvvəllərindən kəskinləşib və daha sonra o, qadına qarı dəfələrlə zorakılıq edib. Gülbənizin qızı və gəlini ilə birlikdə yaşadığı evə gələrək onunla olan münasibəti barədə danışıb, qısqanclıq zəminində telefonunu əlindən alıb. İyulun 1-də isə o, sevgilisini döyərək xəsarətlər yetirib, nəticədə qadının hər iki gözünün ətrafı qaralıb.

Nəhayət iyulun 17-də Gülbniz şadlıq evində işdə olarkən o, həmin restorana gedib. Gülbənizin ondan ayrılması, zənglərinə cavab verməməsi, danışmaq istəməməsindən əsəbləşn Səbuhi axşam saat 23 radələrində restorana daxil olaraq qadını döyüb onun saçından tutaraq pilləkəndə sürüyüb, daha sonra özü ilə gətirdiyi bıçaqla xəsarətlər yetirib. Bu zaman Gülbənizin 14 yaşlı qızı da yanında olub və anasını Səbuhinin əlindən almağa çalışıb. Restoranda işləyən insanların səs-küyə toplaşdığını görən şəxs oradan qaçıb. Gülbəniz Babaşova (ad və soyad şərtidir) isə xəstəxanaya çatdırılıb. Xoşbəxtlikdən onun həyatını xilas etmək mümkün olub.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən proses bir neçə gün əvvəl başa çatıb. Məhkəmənin hökmü ilə evli, 1 uşaq atası olan Səbuhi Qafarov 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.