-
- 28-12-2018, 12:08
- 597
Türkiyədən Azərbaycana həyat yoldaşının cinsiyyət orqanında narkotik gətirən şəxsə hökm oxunub
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Türkiyədən Azərbaycana həyat yoldaşının cinsiyyət orqanında narkotik maddə gətirməkdə təqsirləndirilən Emin Məmmədov və arvadı Sənəm Məmmədovanın (ad şərtidir) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü i E.Məmmədov 10 il azadlıqdan məhrum edilib. Barəsində polis nəzarəti qətimkan tədbiri seçilmiş S.Məmmədova isə 6 il müddətinə azadlıqdan məhrum olunub. Cinayət Məcəlləsinin 79-cu maddəsi nəzərə alınaraq, qadının azyaşlı uşağı 14 yaşına çatana qədər hökmün icrası təxirə salınıb.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin (DGK) yaydığı məlumata əsasən, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı olan xanım sərnişin Heydər Əliyev Beynəlxalq Aeroportunda gömrükçülər tərəfindən nəzarətə götürülüb.
Ona bədən üzvlərinin yoxlanılması məqsədilə Gömrük Məcəlləsinin 64.4 maddəsinə əsasən tibb işçisinin dəvət olunacağı bildirilib. Həmin şəxs tibb işçisinin dəvət olunmasına ehtiyac olmadığını bildirərək, cinsiyyət orqanında gizlətdiyi və qoruyucu rezinin içərisinə qablaşdırılan 427 ədəd çəhrayı rəngli həbləri çıxarıb və gömrükçülərə təhvil verib.
İlkin araşdırma zamanı həmin şəxs həblərin "ekstazi" adlandırıldığını, həmin həbləri həyat yoldaşının təlqini və istəyi ilə sonuncunun tanışlarından pul müqabilində aldığını, ölkə ərazisində dövriyyəsinin qadağan olduğunu bildiyindən daxili orqanında gizlədərək gömrük nəzarətindən keçirməyə çalışdığını etiraf edib.
Qadının etirafları əsasında keçirilən əməliyyat tədbirləri nəticəsində onu qarşılamağa gələn həyat yoldaşı E.Məmmədov Heydər Əliyev Beynəlxalq Aeroportunun ərazisində gömrükçülər tərəfindən saxlanılıb.
S.Məmmədova barəsində isə polisin nəzarətinə verilmə qətimkan tədbiri seçililib.
//Report