Azərbaycanda koronavirusa yoluxma 5 minə çatır
    • 30-01-2022, 16:55
    • 551

Azərbaycanda koronavirusa yoluxma 5 minə çatır

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 943 yeni yoluxma faktı qeydə alınıb, 1 587 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan News24.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 20 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 656 284 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 624 259 nəfər müalicə olunaraq sağalıb, 8 720 nəfər vəfat edib. 23 305 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 204, bu günə qədər isə ümumilikdə 6 149 156 test icra olunub.