Amerika gözəli intihar etdi
    • 31-01-2022, 16:51
    • 434

Amerika gözəli intihar etdi

“Miss USA 2019” müsabiqəsinin qalibi Çesli Krist Nyu-Yorkun mərkəzində intihar edib.

News24.az Olay-a istinadən xəbər verir ki, bu barədə “The New York Post” hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən yazıb.

Ç.Kristin cəsədi 60 mərtəbəli “Orion” binasının yanında tapılıb. Qeyd olunub ki, qız göydələnin 9-cu mərtəbəsində yaşayırmış, onu sonuncu dəfə terrasda görüblər.

Amerika gözəli intihar edəcəyi barədə məktub qoyub və bütün əmlakını anasına verilməsini istəyib.