Ötən il səyyar sosial xidmət göstərilən vətəndaşların sayı açıqlandı
    • 1-02-2022, 11:30
    • 384

Ötən il səyyar sosial xidmət göstərilən vətəndaşların sayı açıqlandı

Ötən il “Evdə (səyyar) sosial xidmətin göstərilməsi Qaydası”na əsasən 9 019 nəfər vətəndaşa evdə (səyyar) sosial xidmət göstərilib.

News24.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, onlardan 8834 nəfər vətəndaşa evdə sosial-məişət xidməti, 118 nəfər sağlamlıq imkanları məhdud uşağa səyyar sosial reabilitasiya xidməti, 67 nəfər vətəndaşa isə sosial-hüquqi xidmət göstərilib.

Sədr bildirib ki, evdə sosial-məişət xidməti göstərilən 8 834 nəfər vətəndaşdan 7333 nəfəri ahıl, 1501 nəfəri isə 70 yaşdan aşağı olan, tənha yaşayan şəxslər olub: "Eləcə də sosial-məişət xidməti göstərilən 8 834 nəfər vətəndaşın 1656 nəfəri əlilliyi olan şəxslər idi. Həmçinin 8834 nəfər vətəndaşın 180 nəfəri 65 yaşdan yuxarı olan, tənha yaşayan və ya covid-19 pandemiyası ilə əlaqədar olaraq qohumları və ya qanuni nümayəndələri ilə birlikdə yaşamayan şəxslərdir ki, onlara müvəqqəti sosial xidmət göstərilib".

"Səyyar sosial xidmət göstərilməsi üçün ötən il ərzində 1737 nəfər vətəndaş müraciət edib, onlardan da 1317 nəfəri ahıl şəxslər olub. Həmin vətəndaşlardan həmçinin 223 nəfəri əlilliyi olan şəxslər idi. Müraciət edən şəxslərdən 1502 nəfərə səyyar sosial xidmət göstərilib", - V.Behbudov vurğulayıb.