Azad edilən ərazilərdə ötən ay aşkarlanan minaların sayı açıqlandı
    • 1-02-2022, 15:06
    • 960

Azad edilən ərazilərdə ötən ay aşkarlanan minaların sayı açıqlandı

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə aylıq məlumatı təqdim edib.

ANAMA-dan News24.az-a verilən məlumata görə, yanvarın 5-dən 31-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 32, tank əleyhinə 27 mina və 230 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 402,7 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.