-
- 2-02-2022, 15:51
- 958
Bakıda polis serjantının ŞOK ƏMƏLLƏRİ – 8 il həbs cəzası verildi
Bakıda dələduzluqda təqsirləndirilən keçmiş polis əməkdaşı, 1992-ci il təvəllüdlü S.Kərimova hökm oxunub.
News24.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində S.Kərimov barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə açılmış işin araşdırılması zamanı onun 2 nəfəri aldadaraq külli miqdarda pul aldığı məlum olub.
Belə ki, Sabunçu rayon Mühafizə İdarəsinin əməkdaşı olan polis serjantı S.Kərimov Zabrat qəsəbəsində yerləşən Gözdən Əlillər üçün Reabilitasiya Mərkəzində işlədiyi 2020-ci il ərzində orada tibb bacısı işləyən N.Məmmədovadan (şərti) etibardan sui-istifadə etmə və aldatma yolu ilə 55 min manat pul alıb. Belə ki, o, özünü nüfuzlu və yüksək vəzifəli şəxslərlə qohumluq və tanışlıq əlaqələri olan şəxs kimi təqdim edərək pul müqabilində ehtiyacı olan şəxsləri müxtəlif dövlət müavinətlərlə təmin edə biləcəyini inandırıb. O, tibb bacısının həyat yoldaşının müharibə əlili olmasını bildirərək onun hər övladına dövlətdən ayrı-ayrılıqda mənzil, ərinə avtomobil, əlil qardaşına avtomobil, ailə üzvlərin hər birinə 11000 manat məbləğində sosial sığorta pulu, övladlarının hər birinə sosial müavinət və dövlət tərəfindən hər ay 280 manat maddi yardım verilməsini təmin edəcəyinə vəd verib. Bunun müqabilində S.Kərimov N.Məmmədovadan 06.02.2020-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonu, Şəhər Şossesində yerləşən Sabunçu körpüsü adlanan yerin yanında 55.000 manat alıb. Bundan başqa onun N.Məmmədovanın tanışından 3 min manat alaraq ona yalan vəd verib və 14500 manatlıq alacağının məhkəmə vasitəsilə alıb həmin şəxsə verəcəyinə söz verib. Lakin S.Kərimov bütün verdiyi vədlərə əməl etməyib.
Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs 2020-ci ildə bir neçə dəfə işində yol verdiyi nöqsanlara görə töhmət alıb və daha sonra polis sıralarından xaric edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən proses zamanı S.Kərimovun aldığı pulları geri qaytarmadığı məlum olub.
Hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən məhkəmə prosesi yanvarın sonunda başa çatıb və təqsirləndirilən şəxs 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.