Azərbaycanda vəzifəli şəxsə məxsus külli miqdarda pul ələ keçirildi
    • 16-05-2019, 13:32
    • 2 360

Azərbaycanda vəzifəli şəxsə məxsus külli miqdarda pul ələ keçirildi

"Lənkəransutikinti” MMC-nin rəhbəri Ələkbərov Həsənağa Məhərrəm oğlunun şikayəti əsasında başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

News24.az-ın məlumatına görə, vəzifəli şəxsin iddiası ilə Zeynalov Sədrəddin Nazir oğlu barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq etmə maddəsi ilə açılan işin materialları məhkəməyə göndərilib. İşə Bağı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, S.Zeynalovun vəzifəli şəxsdən külli miqdarda pul alıb, daha sonra həmin vəsaiti ələ keçirdiyi bildirilir.