Bağçaların təhvil-təslim prosesi BU TARİXDƏ yekunlaşdırılacaq
    • 4-02-2022, 15:20
    • 380

Bağçaların təhvil-təslim prosesi BU TARİXDƏ yekunlaşdırılacaq

"Bağçaların təhvil-təslim prosesinin mart ayında yekunlaşdırılması nəzərdə tutulub. Dövlət məktəbəqədər təhsil müəssisələrinin təhvil-təslim prosesi davam edir".

News24.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev deyib.

Xatırladaq ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında” 2010-cu il 27 dekabr tarixli 1251 nömrəli və “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” 2014-cü il 24 iyul tarixli 664 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə”, “Dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında” sərəncamlar imzalayıb