Ərdoğan "Omikron"a yoluxdu
    • 5-02-2022, 16:39
    • 529

Ərdoğan "Omikron"a yoluxdu

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğan koronavirusa yoluxub.

News24.az xəbər verir ki, bu barədə Rəcəb Tayyib Ərdoğan "Twitter" hesabında məlumat verib. 

O bildirib ki, COVID-19-un "Omikron" ştamına yoluxub: “Bu gün yüngül əlamətləriə görə, həyat yoldaşımla birlikdə verdiyimiz COVID-19 testimizin nəticəsi müsbət çıxıb. “Omikron” variantı olan xəstəliyi, həmd olsun, yüngül keçiririk. Vəzifəmizin başındayıq. İşlərimizə evdə davam edəcəyik. Dualarınızı gözləyirik”.