Həyətində narkotik bitkilər əkən şəxs saxlanıldı - FOTO
    • 7-02-2022, 16:15
    • 294

Həyətində narkotik bitkilər əkən şəxs saxlanıldı - FOTO

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi, eləcə də narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Əsgərbəyli kənd sakini Rüstəm Qarayev saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan News24.az-a verilən məlumata görə, onun yaşadığı ünvana keçirilən baxış zamanı 24 ədəd kibrit qutusunda qablaşdırılmış marixuana, dibçəklərdə xüsusi aqrotexniki qaydada qulluq edilərək becərilmiş 50 ədəd çətənə kollarının ştilləri və bir ədəd “İj” markalı ov tüfəngi aşkarlanaraq götürülüb.

Faktla bağlı Sabirabad RPŞ-də cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.