İnfeksionist: "Uşaqlar böyüklərə nisbətdə yoluxmanı yüngül keçirir"
    • 9-02-2022, 15:32
    • 450

İnfeksionist: "Uşaqlar böyüklərə nisbətdə yoluxmanı yüngül keçirir"

"Uşaqların həssas qrupa daxil olması onların xəstələnməsi hallarını qaçılmaz edir".

News24.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, yaşlı nəsil və risk qrupuna aid olanlar daha çox peyvənd oldular: “Onların xeyli hissəsi xəstələnərək təbii immunitet qazanmış oldu. Hazırda ölkədə 12 yaşdan yuxarı olan yeniyetmələrə peyvənd icazəsi verilib. Məktəblər açılandan sorna təmaslar artdı, əvvəllər də mövsümlə əlaqəli infeksiyalar səbəbindən uşaqlar arasında xəstələnmə artırdı. İndi də həmin vəziyyətdir. Sadəcə koronavirus da öz təsirini göstərmiş olur”.

“Nəzərə alsaq ki, uşaqlar xəstəlikdən qorunmayan və peyvənd vurdurmayan təbəqə sırasında idi. Eyni zamanda yeni ştamlar mutasiyalara uğradığından hüceyrəyə daxilolma yolu da fərqlidir. Bir çox ölkədə 5 yaşdan yuxarı uşaqların peyvəndlənməsi tövsiyə olunub. Təəssüf ki, Azərbaycanda bu hal alqışlanmadı. Uşaqların həssas qrupa daxil olması onların xəstələnməsi hallarını qaçılmaz edir. Bütün hallarda isə uşaqlar böyüklərə nisbətdə yoluxmanı yüngül keçirir” - T.Eyvazov əlavə edib.