-
- 9-02-2022, 18:00
- 605
Salfetka adı altında "patı" satırlar? - DİN-dən açıqlama - Yeniləndi
Sosial şəbəkə seqmentlərində uşaqların satdığı salfetin içinə narkotik olması ilə bağlı yayılan məlumatlar araşdırılıb.
Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, polis tərəfindən keçirilən müvafiq tədbirlərlə həmin məlumatı yayan şəxs - Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Abumislimov Kamran olması müəyyən olunub.
O, etiraf edib ki, yalan məlumatı qəsdən yayıb, məqsədi ölkə xaricində yaşayan valideynlərinin diqqətini üzərinə yönəltmək olub.
Onun iddia etdiyi halların bütün təfərrüatları yoxlanılıb. Salfetin içində narkotik olması ilə bağlı iddiaların tamamilə yalan olması məlum olub.
İddialarla bağlı araşdırmalar davam etdirilir.
*** 16:52
Sosial şəbəkələrdə bir çox insanları narahat edən xəbər yer alıb. Xəbərə görə, xüsusi öyrədilmiş uşaqlar və qadınlar sürücülərin "patı" istifadəçisi kimi ələ keçməsi üçün tələ qururlar. Guya uşaq və ya qadın avtomobildə gedən sürücünün qarşısını kəsib salfet almasını istəyir. Sürücü həmin şəxsin istəyinə əməl edəndə isə ona içərisində "patı" yerləşdirilən salfet verilir. Bundan xəbərsiz sürücü ordan uzaqlaşan kimi polislər tərəfindən saxlanılır və avtomobildəki "patı" "aşkarlanır".
Yazılanlarla bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. News24.az-a verilən məlumata görə, bu yöndə araşdırma aparılır: "Yayılan iddialardan məlumatlıyıq. Müvafiq araşdırmalar aparılır."