Bakıda bir neçə ağac zədələnib, araşdırma aparılır
    • 9-02-2022, 17:30
    • 361

Bakıda bir neçə ağac zədələnib, araşdırma aparılır

Xətai rayonu, Gəncə prospekti 27 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət yerində araşdırılıb.

Xidmət rəsmisi Vaqif Cavadov News24.az-a bildirib ki, əraziyə keçirilən baxış zamanı sakinlər tərəfindən metal torlarla hasarlanmış bağ sahələrinin ətrafındakı hasarların söküntüsü zamanı bir neçə ağacın zədələndiyi, bir sərv ağacının isə gövdəsinin üst hissəsindən sərt budandığı müəyyən edilib.

“Araşdırma zamanı o da məlum olub ki, sözügedən torpaq sahəsi hündürmərtəbəli yaşayış binasının tikintisi məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə “Həyat Residence” MMC-nin istifadəsinə verilib”.

Hazırda təqsirkarların müəyyən olunması və barələrində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə araşdırma davam edir.