-
- 1-12-2018, 14:29
- 2 655
"Liatris Holding"in təşəbbüsü ilə "Qadına qarşı şiddətə son" aksiyası keçirildi - FOTOLAR - VİDEO
Dünən DİN İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin dəstəyi, Yeni Azərbaycan Partiyasının (YAP) Qadınlar Şurasının üzvü, sahibkar qadın Ruhi Əliyevanın təşəbbüsü və “Liatris Holding”in təşkilatçılığı ilə “Qadına qarşı şiddətə son” şüarı altında sosial aksiya keçirilib.
News24.az xəbər verir ki, “JW Marriott Absheron” otelində baş tutan mərasimdə dövlət rəsmiləri, incəsənət xadimləri, media nümayəndələri iştirak edib.
Tədbir əməkdar mədəniyyət işçisi, aparıcı Leyla Quliyevanın zalda əyləşən qonaqları salamlaması ilə başlayıb. Daha sonra “Liatris Holding”in təşəbbüsü ilə rejissor Elvin Abdullanın çəkdiyi “Susma” adlı qadına qarşı zorakılıqdan bəhs edən video-çarx yayımlanıb.
Qısametrajlı filmin nümayişindən sonra tədbirin təşkilatçısı iş xanımı Ruhi Əliyeva çıxış edərək qadına qarşı zorakılıqdan danışıb:
”Dəyərli dostlar və qonaqlar, bu gün bu aksiyanın həyata keçirilməsində yanımızda olduğunuz və dəstəklədiyiniz üçün təşəkkür edirəm! Qadına təcavüz və şiddətdən danışmaq mənim üçün çətindir. Qadın zərif və zəif məxluqdur, zəif olduğu qədər də güclü anadır. Bütün insanları analar dünyaya gətirir. Biz analara əl qaldırılmasına göz yuma bilmərik. Dünyada hər 3 qadından biri fiziki şiddət görür.
5 -15 yaş arasında 2 milyona yaxın qız uşağı zorlanır. Çində 1 milyona yaxın qız uşağı ana bətnində qətlə yetirilir. Amerikada hər il 4 milyon qadın şikəst olur. Dünyada hər 6 dəqiqədən bir 1 qadın təcavüzə məruz qalır. Hindistanda hər gün 5 qadın cehiz bəlası səbəbindən ölür.
Bu ağır statistikadır. Çində olan hadisə məni çox yaraladı. Qadına ancaq kişi şiddət göstərmir. Bəli, danılmaz faktdır ki, bəzən qadın da qadına şiddət göstərir. Qayınana gəlinini evdən qovur, baldız onu döyür. Dustaqxanalarda da qadınların bir-birilərinə şiddət göstərmə hallar istisna deyil.
Qadın susmamalıdır. Biz bu aksiyanı keçirməklə bir növ bildirmək istəyirik ki, şiddət görən xanımlarımızın yanındayıq, onlara dəstəyik. Hər kəsə səslənmək istəyirəm: Gəlin, bir olaq, birlik olaq. Qadına qarşı şiddətin qarşısını alaq. Uşaqlarımız bizim gələcəyimizidir. Onları doğru ruhda böyümələri üçün əlimizdən gələni edək ki, gələcəyimiz daha sağlam, daha aydın olsun”!
R.Əliyevanın çıxışından sonra söz Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə İdarəsinin nümayəndəsi, polis polkovnik-leytenantı Ramil Kazımova verilib. O, bildirib ki, dünyada qadın zorakılığının qarşısını almaq üçün addımlar atılır:
“Azərbaycanda da bu istiqamətdə mühüm işlər görülür, ölkəmiz beynəlxalq qurumlarla əməkdaşlıq edir. Qadına qarşı zorakılıqla hamı mübarizə aparmalı və şiddətə məruz qalanlara dəstək olmalıdır. Erkən və məcburi nikahlar yolverilməzdir. Bunların qarşısının alınması istiqamətində ölkəmizdə maarifləndirici tədbirlər həyata keçirilir. Sosial aksiya gənclərin bu istiqamətdə məlumatlanmasına öz töhfəsini verəcək”.
Milli Məclisin deputatı Adil Əliyev də çıxışı zamanı bildirib ki, qadın zorakılığına qarşı ciddi mübarizə aparılır. Ölkəmizdə aparılan sosial islahatlar bu istiqamətdə müsbət nəticələr verir.
Çıxış üçün söz verilən yazıçı-jurnalist Varis bəy aksiyanı təşkil etdiyi üçün Ruhi xanıma təşəkkür edərək, yazdığı əsərlərdə qadına olan şiddətlərdən bəhs etdiyini və belə halların real həyatımızda xoş olmadığını vurğulayıb.
Daha sonra xalq artisti Afaq Bəşirqızı da çıxış edib. O, zorakılığın, şiddətin cəmiyyətimizdə yer almasının müxtəlif səbəblərdən baş verdiyini önə çəkib. Bildirib ki, belə halların yaranmasına səbəblərdən biri də insanların maariflənməsi yönündə təbliğatın yetərincə olmamasıdır.
Tədbirin gedişatında aksiya çərçivəsində təşkil olunmuş müsabiqələrin qaliblərinin adları açıqlanıb və “Liatris Holding”in tərəfindən simvolik hədiyyə və diplomlarla mükafatlandırılıblar.
İlk olaraq jurnalistlər arasında keçirilən yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb:
1-ci yer – AZƏRTAC-ın əməkdaşı Səxavət Quliyev
2-ci yer – Vedomosti.az saytının rəhbəri Vüqar Həsənov
3-cü yer – Teleqraf.com saytının əməkdaşı Ruslan Xəlil
Sonra video-müsabiqənin qalibləri açıqlanıb:
1-ci yer – Nuran Məmmədov (rejissor) və Elvin Elxan (ssenari müəllifi)
2-ci yer – Aygül Fərzəliyeva (ideya müəllifi)
3-cü yer – Elnur Cəbrayılov (rejissor)
Sonda rəsm müsabiqəsinin qaliblərinin adları açıqlanıb və mükafatlandırılıblar:
1-ci yer – Mirbəyim İsgəndərova
2-ci yer – Selcan Seyfullayeva
3-cü yer – Hüseyn Musayev
Tədbirdə xalq artistləri Nəzakət Teymurova, Gülyaz və Gülyanaq Məmmədovalar musiqi nömrələri ilə çıxış edib.
Qeyd edək ki, sosial aksiyanın məqsədi şiddətə məruz qalmış qadınlara dəstək qöstərmək, xanımlara əzm hissini aşılamaq, psixoloji durumunda müxtəlif pozuntular olan insanları, xüsusilə qadına şiddət göstərənləri, eləcə də gələcək nəsli maarifləndirməkdir.
Teymur MƏMMƏDOV
Video və fotolar: Nurlan GÜLMƏMMƏDOV