Xocavənddə 11 top mərmisi AŞKARLANDI - FOTO
    • 10-02-2022, 16:59
    • 412

Xocavənddə 11 top mərmisi AŞKARLANDI - FOTO

Xocavənddə ermənilərin atıb qaçdığı top mərmiləri aşkarlanıb.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı rayonun Zoğalbulaq kəndi ərazisindəki tərk edilən hərbi mövqedən erməni ordusuna məxsus atəşə yararlı top mərmiləri aşkar edilib.

Aşkar edilən 11 mərmi və minaatan mərmilərinin istifadəsi üçün nəzərdə tutulan 1 sandıq barıt atımı aidiyyəti üzrə təhvil verilib.