Valideynlərin nəzərinə: Şagirdlərin elektron yerdəyişməsi...
    • 11-02-2022, 15:36
    • 449

Valideynlərin nəzərinə: Şagirdlərin elektron yerdəyişməsi...

14 fevral saat 11:00-dan etibarən məktəbəhazırlıq qruplarına cəlb olunmuş uşaqların və I-X siniflərdə təhsil alan şagirdlərin elektron yerdəyişməsi prosesinə yenidən start verilir.

News24.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin Mətbuat katibi Cəsarət Valehov sosial şəbəkə hesabında paylaşım edib.

“Şagirdlərin yerdəyişməsi prosesi “www.sy.edu.az” portalı vasitəsilə həyata keçirilir. Qeyd edək ki, buraxılış imtahanlarına görə XI sinif şagirdlərinin yerdəyişməsi tədris ilinin sonunadək aktiv edilməyəcək” -, paylaşımda bildirilib.