Əməkdar artist rejissorun obrazını canlandıracaq.
    • 1-12-2018, 18:00
    • 1 615

Əməkdar artist rejissorun obrazını canlandıracaq.

Xəbər verdiyimiz kimi, rejissor Nail Naiboğlu "Gülüm" adlı konsert proqramına hazırlaşır. 

News24.az-a sözügedən gecə ilə bağlı açıqlama verən N.Naiboğlu səhnədə onun obrazının canlandırılacağını deyib:

"Konsertin əvvəli çox möhtəşəm olacaq. Hələki heç nə deyə bilmərəm. Bircə onu deyim ki, Nail Naiboğlunun obrazını səhnədə Pantomima Teatrının aktyoru əməkdar artist Bəhruz Vaqifoğlu canlandıracaq. Uzun illərdən sonra ilk dəfə Azərbaycanda teatrlaşmış konsert olacaq".

Qeyd edək ki, konsert dekabrın 20-də Rəşid Behbudov adına Mahnı Teatrında keçiriləcək. Gecədə tanınmış simalar iştirak edəcək. Konsertin biletlərini şəhərin kassalarından əldə etmək mümkündür.