Narkotik satan silahlı şəxs tutuldu - Video
    • 14-02-2022, 16:11
    • 444

Narkotik satan silahlı şəxs tutuldu - Video

Sabunçu rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan silahlı şəxs saxlanılıb.

DİN Mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Balaxanı qəsəbəsində üzərində və yaşadığı evdə qanunsuz olaraq odlu silah-sursat və külli miqdarda narkotik maddə saxlayan əvvəllər məhkum olunmuş Zaur Əfəndiyev saxlanılıb.

Onun üzərinə baxış zamanı 28 qram tiryək və heroin aşkar edilib. Zaur Əfəndiyev ifadəsində yaşadığı evin həyətindəki yardımçı tikilidə əlavə narkotik vasitələr və odlu silah gizlətdiyini etiraf edilb. Həmin yerə baxış keçirən zamanı oradan 1 kiloqram 77 qram heroin, 142 qram tiryək, 1 ədəd “TT” maraklı tapança, 5 ədəd patron və 1 ədəd patron darağı aşkar edərək götürüblər.

Araşdırma nəticəsində müəyyən edilib ki, saxlanılan şəxs Balaxanı qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olub. O, xaricdə yaşayan narkotacirlərlə sosial şəbəkələr vasitəsi ilə əlaqə yaradaraq həmin şəxslərin ölkə ərazisinə müxtəlif qanunsuz yollarla göndərdikləri narkotikləri və odlu silahı qəbul edib.

Faktla bağlı 12-ci Polis Şöbəsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Zaur Əfəndiyev barəsində məhkəmələrin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.