Azərbaycan Hərbi Hava Qüvvələri - 30 il
    • 14-02-2022, 16:56
    • 964

Azərbaycan Hərbi Hava Qüvvələri - 30 il

Azərbaycan Hərb Tarixi Muzeyinin təşkilatçılığı ilə Müdafiə Nazirliyinin Təlim və Tədris Mərkəzində Azərbaycan Hərbi Hava Qüvvələrinin peşə bayramına həsr olunmuş “Hava şahinlərimizin Vətən Müharibəsinin qazanılmasında rolu" adlı tədbir keçirilib.

Muzeydən News24.az-a verilən məlumata görə, tədbirdə Hərbi Hava Qüvvələrinin və Azərbaycan Ali Hərbi Məktəbinin zabit heyəti, Müdafiə Nazirliyinin idarə və müəssisələrinin nümayəndələri,I Qarabağ müharibəsində iştirak etmiş veteran helikopterçilər və Vətən müharibəsi zamanı döyüşlərdə qəhrəmancasına şəhid olmuş aviasiya zabitlərimizin ailə üzvləri iştirak edib.

Eləcə də, tədbirdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin komandan müavini general-mayor, Vətən Müharibəsi Qəhrəmanı Namiq İslamzadə, Muzey rəisi e .o. polkovnik Əzizağa Qəni-zadənin, Vətən Müharibəsi Qəhrəmanı polkovnik Rəşad Nadirovun, I Qarabağ müharibəsinin iştirakçısı, helikopterçi Hüseyncan Əzimovun, l Qarabağ Müharibəsinin veteran aviatoru e.o.mayor Sahib Əsgərovun məruzə və çıxışları dinlənilib, Hərbi Hava Qüvvələrinə həsr olunmuş slayd şou nümayiş olunub.

Tədbirin bədii hissəsi Müdafiə Nazirliyinin Təlim və Tədris Mərkəzinin orkestrinin ifasında hərbi vətənpərvərlik mahnılarının səsləndirilməsi ilə davam etdirilib.