-
- 15-02-2022, 15:52
- 1 420
Bakıda tanınmış aktrisa şok yaşadı - Bahalı paltarları oğurlandı
Bakıda tanınmış aktrisa və model Kəmalə Quliyevanın bahalı əşyaları oğurlanıb.
News24.az-ın məlumatına görə, 2020-cı ilin noyabr ayının əvəllindən, 06 yanvar 2021-ci il tarixədək olan müddət ərzində Yasamal rayonu Ə.Haqverdiyev küçəsində yerləşn evdə aktrisanın «Mark Gyekop», «Tori-Borg» «Makquin» və «Maykıl Kors» markalı bahalı əl çantaları, dəyəri 600 manat olan «Kirkud», «Lesila» markalı ayaqqabıları, 500 manat dəyəri olan «Maykıl Kors» markalı qadın qol saatı, bir ədəd dəyəri 15000 manat olan «Fendi» markalı tünd rəngli qadın xəzi, bir ədəd dəyəri 3000 manat olan «Yaquar» markalı ağ rəngli qadın norka şubası, dəyəri 2000 manat olan «Aleksandr VVang» markalı gödəkçəsi, «Roland Mouret» markalı donu, bir ədəd dəyəri 7000 manat olan «Balenciaga Paris» markalı üst geyimi və sair oğurlanıb. Modelin ümumilikdə 33.540 manat dəyərində geyim və bəzək əşyaları oğurlanıb.
Aparılmış araşdırmalarla oğurluğun K.Quliyevanın tanışı və evində yaşayan 1998-ci il təvəllüdlü Goranboy rayon sakini Şəbnəm Əhmədova tərəfindən törədilməsi məlum olub. Polis tərəfindən saxlanılan Şəbnəm əşyaların bir çoxunu geri qaytarıb, bəzilərini isə elan saytında satdığını bildirib.
Faktla bağlı cinayət işi açılıb. Məhkəmə 23 yaşlı Şəbnəmi törətdiyi əmələ görə təqsirli bilib və onu azadlığın məhdudlaşdırılması cəzasına məhkum edib.